"ATV"də nə baş verir?- Aparıcılar işdən ayrıldılar
ATV səhər"in aparıcıları - Kamran Yaradanquliyev, Təranə Turan və prodüser Şahin Əlizadə ərizə yazaraq kanaldan gedib.
Bu barədə aparıcı Kamran Yaradanquliyev sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, hər üçü kanaldan öz təşəbbüsü ilə ayrılmağa qərar verib.
"Hər şeyə görə təşəkkür edirik. Görüşəcəyik!", - K.Yaradanquliyev paylaşımında qeyd edib.
