Magistral xətdə qəza: İstilik kəsildi

Magistral xətdə qəza: İstilik kəsildi

Bu gün Xətai rayonu Zığ yolu küçəsində istiliyin verilməsi dayandırılıb.

GunAz.az xəbər verir ki, "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Musavat.com-a bildirib ki, buna səbəb qəza olub:

"Zığ yolunda bu gün səhər magistral xətdə axıntı yaranmışdı. Problem aradan qaldırılıb, artıq istilik verilir".


скачать dle 12.1
Geri qayıt