Əsir düşmüş erməni əsgər Bakıda əməliyyat olunacaq

Əsir düşmüş erməni əsgər Bakıda əməliyyat olunacaq

Azərbaycana əsir düşən erməni əsgərlər arasında yaralı olanı var və o əməliyyat olunmalıdır.

Bu barədə Ermənistanın Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti direktorunun keçmiş müavini Boris Avaqyan deyib.

"Məndə olan məlumata görə, əsgərin əməliyyat olunması ilə bağlı razılığa gəlinib və səhhəti normallaşdıqdan sonra onu Ermənistana qaytaracaqlar”, - deyə Avaqyan bildirib.

Qeyd edək ki, bundan öncə rus sülhməramlılarının rəhbəri Rüstəm Muradov erməni hərbçilərdən (Toron Sərkisyan) birinin cəsədini Bakıdan İrəvana aparmışdı.axar.az


 
скачать dle 12.1
Geri qayıt