Leyla Abdullayeva İran səfiri ilə görüşüb

Leyla Abdullayeva İran səfiri ilə görüşüb

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ilə görüşüb.

GunAz.az xəbər verir ki, bu barədə səfir tvitterdə yazıb.

"Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva ilə görüşdən məmnun oldum. Biz, ikitərəfli əlaqələrimizin son inkişaflarını, xüsusən də media və ictimai diplomatiya sahələrində Xarici işlər nazirliklərinin daha sıx əməkdaşlığını müzakirə etdik", - səfir vurğulayıb.
скачать dle 12.1
Geri qayıt