Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi vəfat edib.

Kollecin tələbəsi 2006-cı il təvəllüdlü Ağaxan Musayev dünyasını dəyişib. O kollecin simli alətlər fakültəsinin birinci kurs tələbəsi olub. Bu

Kollecdən tələbənin vəfatı ilə bağlı məlumatı oxu.az-a təsdiq ediblər.

Ailəsindən onlara verilən məlumata əsasən, həkimlər tələbənin tromb səbəbindən həyatını itirdiyini deyiblər.

скачать dle 12.1
Geri qayıt