Türkiyə səfirliyindən Zəfər Günü ilə bağlı paylaşım

Türkiyənin Azərbaycandakı səfirliyi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Feysbuk səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Can Azərbaycanın torpaqlarının düşmən işğalından azad olunmasını müjdələyən 8 noyabr - Zəfər Günü münasibətilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və xalqını təbrik edir, bu qələbəni hər kəsə bəxş edən bütün şəhidlərimizi hörmətlə yad edirik”.