Əli Əliyev niyə saxlanıldı? – Açıqlama

Əli Əliyev niyə saxlanıldı? – Açıqlama

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ilə Bumeranq TV-nin rəhbəri Elçin Rəhimzadənin bu gün saat 13 radələrində partiyanın qərargahından naməlum istiqamətə aparıldığı barədə məlumat yayılıb.

GunAz.az xəbər verir ki, yayılan məlumatda onların hansı qurum tərəfindən saxlanıldığının bilinmədiyi vurğulanıb.

Musavat.com Əli Əliyevin hansı hüquq-mühafizə orqanı tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilib. İstintaq orqanından bildirilib ki, hazırda VİP sədri və Bumeranq TV-nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar:

"Adları çəkilən şəxslər, sadəcə, ifadə üçün dəvət ediblər. Prosesdə heç bir qaramaskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb”.

Qeyd edək ki, guya onların ofislərində axtarış aparıldığı barədə məlumat VİP-in yaydığı bəyanatda da təsdiq edilməyib.

скачать dle 12.1
Geri qayıt