Ramiz Mehdiyevin günahlandırdığı direktor kimdir?

Ramiz Mehdiyevin günahlandırdığı direktor kimdir?

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ötən gün Rəyasət Heyətinin iclasında Neft-Kimya Prosesləri İnstitutunda yoxlamaların aparılması barədə danışarkən, institutun direktoru Vaqif Abbasovun ünvanına sərt tənqidlər səsləndirib. R.Mehdiyevin sözlərinə görə, Vaqif Abbasov xeyli maliyyə vəsaiti qazansa da, institut 1 manat da olsun, Akademiyanın büdcəsinə xeyir verməyib. Müəssisəyə müraciətlər olanda isə V.Abbasov özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə tapşırır və pul qazanırlar.

Neft-Kimya Prosesləri İnstitutunun rəhbərliyi ilə əlaqə saxlayıb, onların mövqeyini öyrənməyə çalışdı.

İnstitutun direktoru, icraçı direktor və direktor köməkçisi telefona cavab vermədi.

Zəngə cavab verən elmi katib Ziyarət Paşayeva isə sualımızı dinlədikdən sonra "bu barədə məlumat verə bilmərik” dedi.

Qeyd edək ki, Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də anadan olub. Akademikdir, instituta 2011-ci ildən rəhbərlik edir.

"Əməkdar müəllim” (2005-ci il) və "Şöhrət” ordeni (2005-ci il) də daxil olmaqla, bir sıra təltif, titul, medal və fəxri fərmanlar alıb.axar.az

скачать dle 12.1
Geri qayıt