Şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunur?

Şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunur?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Bakıdakı məktəblərdə şagirdlərdən sağlamlıq haqqında arayış tələb olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

GunAz.az-ın məlumatına görə, idarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı məktəblərində COVID-19 virusuna yoluxan və ya koronavirus xəstəsi ilə yaxın təmasda olan şagirdlərdən Gigiyena və Epidemiologiya Mərkəzinin tələblərinə uyğun olaraq, məktəb rəhbərliyi tərəfindən sağlamlıq haqqında arayış tələb olunur:

 

"Onu da qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”.

Qeyd edək ki, sosial şəbəkələrdə məktəblərdə uşaqlardan arayış tələb olunması ilə bağlı məlumat yayılmışdı.


скачать dle 12.1
Geri qayıt