İstilik qiymətlərində artım olacaq?
![İstilik qiymətlərində artım olacaq?](https://gunaz.az/uploads/posts/2021-11/1635919208_8599_kkgv7c8huh.jpg)
İstilik mövsümünün başlaması ilə əlaqədar istilik qiymətlərində dəyişiklik edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.
Bu barədə açıqlamasında "Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, istilik qiymətlərinin artırılması nəzərdə tutulmayıb.
Hazırda əhali qrupu üzrə 1 kvadrat metr yaşayış sahəsi üzrə aylıq tarif 15 qəpik, qeyri-əhali qrupu üzrə 1 kub isidilən həcm üçün aylıq 25 qəpik, 1 qiqakalori üçün isə 30 manatdır.
Qeyd edək ki, dağlıq və dağətəyi rayonlarda noyabrın 1-dən istilik mövsümü başlayıb. Digər rayonlarda və Bakıda isə istilik noyabrın 15-dən veriləcək.