Günün qoroskopu: Düzgün yanaşmada bütün problemləri həll etmək olar
GunAz.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - çətin gündür. Düşünülməmiş qərarlar verməyin, əməllərinizin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. Belə şəraitdə problemlərin sürəkli yaranmasına təəccüblənməyin. Yaşananlara münasibətiniz məcranı dəyişə bilər.
İşdə həmkarlar və rəhbərliklə münaqişədən yayının. Maliyyə və əmlak məsələləri ilə bağlı sualların müzakirəsini təxirə salın.
Şəxsi münasibətlərdə eqoist və təşəxxüslü, laqeyd davransanız, problemlər istisna deyil. Ən yaxın insanlarınızla münasibətlərdə sərinlik yaratmayın. Soyuq tənqid, sərt sözlər, aqressivlik münasibətləri korlaya bilər.
Axşam saatlarında istirahət edin.
Təşəbbüskar olun. Şəxsi həyatda yeniliklər istəyirsinizsə, aktiv olun. Günün ikinci yarısında hadisələrin axarı sizdən asılıdır. Yeni tanışlıq və təmaslardan imtina etməyin.
Təmaslar gərgin iş qrafikini pozsa belə, planları dəyişdiyinizə peşman olmayacaqsınız.
Əkizlər - maraqlı, rahat və işlərdə uğurlar vəd edən gündür. Çalışdığınız məkanda diqqətli olun. Bacarıq və biliklərinizi tətbiq etmək üçün sahə, istiqamət və müstəvi müəyyənləşdirin. Bilikləriniz, təmkin və ağlınız hesabına bədxahlarınızla rəqiblərinizi üstələyin.
Maliyyə durumunuz yaxşılaşa bilər. Yaxşı hədiyyə və sifariş ala bilərsiniz.
Şəxsi münasibətlərdə xoş hisslər yşayacaqsınız. Yeni tanışlıqlar, romantik görüş, əyləncə üçün yaxşı gündür. Ənənə və yazılmamış qanunları pozmamağa çalışın. Ürəyinizin səsinə qulaq asın.
Ciddi sınaqlara məruz qalmamaq üçün səbrli davranın.
Xərçəng - uğurlu gündür. Sevinmək üçün yetərincə səbəb olacaq. Lakin onların heç biri şəxsi münasibətlər və ya romantik hisslərlə bağlı deyil. Bəzi mühüm məsələlərin həllini təxirə salmaq mümkün olmadığı üçün situasiya çətinləşə bilər.
Çevik və qıvraq davranmaq, ehtiyac yaranarsa, güzəştə getmək gərəkdir. Bununla yanaşı, unutmayın ki, hər səbrin bir hüdudu var.
Günün ikinci yarısı uğurludur. İşdə ciddi irəliləyiş olacaq. Sərfəli anlaşma, yaxşı nəticə verə biləcək sövdələşmə və müqavilə istisna deyil. Maddi durumunuz yaxşılaşacaq.
Yaşlı qohumlarınız sizə yardım təklif edəcəklər. Həmin yardımdan faydalanıb-faydalanmamaq isə sizin işinizdir.
Şir - mahiyyət etibarilə pis gün deyil. Lakin baş verəcək hadisələr yüksək gözləntilərinizə o qədər də uyğun deyil. Bütün situasiyalardan qalib təki çıxacağınızı düşünməyin. Bəzən baş rolu bəyənmədiyiniz, amma konkret işi sizdən yaxşı görəcək insana güzəştə getməli olacaqsınız.
İşdəki problemləri tələsmədən həll edin. Əməlləriniz və qərarlarınızın sonuclarını təhlil etmək üçün bir qədər vaxtınız olmalıdır.
Şəxsi münasibətlər müstəvisində qərarların qəbulunu və yerinə yetirilməsini təxirə salmayın. Bu sahədə intuisiyanız güclü olmalıdır. Hisslərinizə güvənin.
Yaxınlarınızla ünsiyyət, birgə səfər və istirahət, dəvət aldığınız yerə yollanmaq və istirahət üçün yaxşı gündür.
Əks cins mənsubu ilə ünsiyyət üçün əlverişli gündür. Can atdığınız məqsədə çatmaq üçün ətrafınızdakı insanlardan istifadə etməyin.
Tərəzi - hissiyyata qapılaraq günü pis saymayın. Əksinə, normal və yaxşı gündür. Əliniz çatan hər yerdə qayda yaradın, işlərlə hisslərinizi nizamlayın. Xülyalara qapılmayın, illüziyaların əsiri olmayın. Emosional durumunuz intizamlı davranışınız və işlərdə təşkilatlanmağa başlamağınızdan asılıdır.
Sizi maraqlı görüşlər gözləyir. Onların bəziləri sizi sinirləndirərək qıcıqlandırsa da, ümumi nəticə əsla pis deyil.
Əqrəb - peşəkar münasibətlər və şəxsi əlaqələr müstəvilərindəki problemləri həll etmək üçün uğurlu gündür. Məntiqli olun, soyuqqanlı davranın. Addımlarınızın mümkün sonuclarını qismən də olsa, dəqiq qiymətləndirməyə çalışın. Son vaxtlara qədər ehtiyat etdiyiniz insanlarla asanlıqla dil tapacaqsınız. Danışıq, müzakirə və sövdələşmələr yaxşı başa çatacaq. Anlaşma, sifariş, müqavilə, uzunmüddətli sövdələşmə istisna deyil.
Səfər uğurlu olacaq. Uzaqda yaşayan dostlar və ya qohumlara baş çəkmək olar. Dəvət aldığınız yerə gedin. Diqqət mərkəzində olacaqsınız.
Oxatan - peşəkar fəaliyyətinizlə bağlı məsələlərdə ehtiyatlı olun. Çətin gündür. Həll edəcəyiniz problemlər də asan və sadə deyil. Unutmayın ki, diqqətsizlik etsəniz, bədxahlarınızın mütləq şəkildə faydalanacağı səhvlərə yol verəcəksinz. Müstəqil hərəkət etmək imkanı varsa, yardım gözləməyin. Kimsəyə bel bağlamayın. Önəmli məsləhətləri qulaqardına vurmayın.
Yalnız kəskin ehtiyac yaranarsa, səfərə çıxın və ehtiyatlı davranın.
İşdə biliklərlə təcrübəni artırmağa, faydalı məlumatlar aramağa hazır olsanız, uğur qazanacaqsınız. İndiyədək qazandığınız təcrübə ilə kifayətlənməyin.
Axşam saatlarında etiraflar istisna deyil. Tanışlıq və əlaqələr çevrəsini genişləndirin.
Düzgün yanaşmada bütün problemləri həll etmək olar.
Maraqlı səfər və ya səyahətə çıxmaq, həyat axarında dəyişiklik etmək olar. Romantik hisslər və ailə münasibətləri ilə bağlı məsələlərin çözümündə tələsməyin. Heç bir əsas olmadan bədbinliyə qapılmayın.
Romantik münasibətlər baxımından qüsursuz gündür. Sevdiyiniz insanla qarşılıqlı anlaşma və hisslər dərkini yaşayacaqsınız.Milli.Az
