ŞOK HADİSƏ- 11 yaşlı qız uşaq dünyaya gətirdi

ŞOK HADİSƏ- 11 yaşlı qız uşaq dünyaya gətirdi

Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan bildirilib ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir".

 

*****

 

 

18:22

İmişli Rayon Prokurorluğunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasında rayon sakini, 2010-cu il təvəllüdlü məktəbliyə 31 həftəlik hamiləlik diaqnozu qoyulub.

Oktyabrın 29-da Respublika Klinik Xəstəxanasında 11 yaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

скачать dle 12.1
Geri qayıt