FHN-çi həmin dəhşətli gecədən danışdı

FHN-çi həmin dəhşətli gecədən danışdı

Oktyabrın 11-nə keçən gecə növbədə olduğumuz zaman bizə hadisə ilə bağlı məlumat daxil oldu. Dərhal həyəcan siqnalı ilə hadisə yerinə gəldik. Gəncəyə raket düşmüşdü. Tüstü, duman, insanların ah-naləsi, səs-küy...

Bu sözləri FHN-nin xilasedicisi Rüfət Ağayev ermənilər tərəfindən törədilən 11 oktyabr Gəncədə terror aktı barədə danışarkən deyib.

"Biz dərhal xialsetmə əməliyyatlarına başladıq. Əvvəlcə yaşlı bir kişini xilas etdik. Aidiyyəti üzrə təcili tibbi yardıma təhvil verdik. Sonra axtarış xilasetmə işləri davam etdi. Xəsarət alanlarla yanaşı həlak olanların cəsədlərini axtarmağa başladıq. Bu axtarış saatlarla davam etdi. Tapdıqca aidiyyəti üzrə təhvil verirdik. Gecədən səhərə qədər axtarış davam etdi. Gördüklərimiz bir insan kimi, vətəndaş kimi bizi çox sarsıtdı. Bu, dinc əhaliyə qarşı törədilən vəhşilik, terror idi. Düzdür, bizə çox pis təsir edirdi. Lakin bir xilasedici kimi soyuqqanlı olmağa məcbur idik. Çünki dağıntılar altında insanlar var və onları xilas etmək lazım idi. İşimizi davam etməli idik və etdik”, - R.Ağayev.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində Gəncə şəhərinin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla,10 nəfər şəhid olub, 34 nəfər yaralanıb.

скачать dle 12.1
Geri qayıt