“Azəriqaz” rəsmiləri Xəzər rayonunda vətəndaşların şikayət və təkliflərini dinləyəcək

“Azəriqaz” rəsmiləri Xəzər rayonunda vətəndaşların şikayət və təkliflərini dinləyəcək

"Azəriqaz” İstehsalat Birliyinin "Açıq mikrofon” aksiyası davam edir.

İstehsalat Birliyindən GunAz.az-a verilən məlumata görə, bu dəfə "Səyyar qəbul otağ”ı Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində (Mərasim evinin yanı) təşkil olunacaq. Oktyabrın 11-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

 

Vətəndaşlar "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.


скачать dle 12.1
Geri qayıt