İran Azərbaycanla Qarabağ məsələsini müzakirə etmək istəyir?

"İranın Xarici İşlər Nazirliyindəki mənbənin verdiyi məlumata görə, rəsmi Tehran yaxın günlərdə Bakı ilə fəal diplomatik təmaslara və müzakirələrə başlamaq niyyətindədir”.
Bu barədə jurnalist Elçin Alıoğlu məlumat verib.
Jurnalist Tehranın Bakı ilə müzakirə etmək istədiyi məsələlərin də məlum olduğunu bildirib:
Tehran 5 məsələni müzakirə etmək istəyir:
"3+3” formatında (Azərbaycan-Rusiya-Ermənistan və Türkiyə-İran-Gürcüstan) İranın aktiv fəaliyyətinin təminatı;
"2+2” formatında İranın iştirak variantlarının nəzərdən keçirilməsi;
İkinci Qarabağ Müharibəsindən sonra bölgədə yaranmış yeni realıqların müzakirəsi;
Qarabağın statusunun müəyyənləşdirilməsində İranın rolunun müzakirəsi;
İkitərəfli əlaqələrdə son vaxtlar yaranmış müəyyən problemlərin nizanmalanması yollarının müzakirəsi.
Bəndlər bəllidir. Amma 3 və 4-cü bəndlər irrealdır, çünki Azərbaycan üçün "Qarabağın statusu” problematikası yoxdur. Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını itirən, geosiyasi mövqelərinin əksəriyyətini uduzan İran indi itkilərini qismən də olsa, bərpa etməyə çalışır. Amma mənasız cəhdlərdir”.