Nazir bu universitetə prorektor TƏYİN ETDİ

Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yeni prorektor təyin edilib.
GunAz.az xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, Neman Muradlı UNEC-də Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, bu təyinatadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışıb.