Azərbaycanda bu dövlət şirkətləri ləğv oluna bilər

Azərbaycanda bu dövlət şirkətləri ləğv oluna bilər
Azərbaycan Sənaye Korporasiyasına tabe olan ölkənin aparıcı dövlət şirkətləri ləğv olunur.

Ləğv olunan şirkətlərin siyahısını təqdim edirik:

"Azərtütün" MMC (VÖEN: 1305091901)
"Şəki Kərpic İstehsalı" MMC (VÖEN: 1305091881)

"Bakı Ayaqqabı" MMC (VÖEN: 1004879211)

"Azərşüşətara" MMC (VÖEN: 1101637151)

"Şəki İpək İstehsalı" MMC (VÖEN: 1305092411)

"Şəki Heyvandarlıq" MMC (VÖEN: 1305092131)

"Şəki Ət və Süd Məhsulları" MMC (VÖEN: 1305093051)

"Azərpambıq" MMC (VÖEN: 1305092261)

"Mingəçevir İzolit" MMC (VÖEN: 1305092001)

"Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti - "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılıb. "Azərbaycan Sənaye Korporasiyası” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb.

Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovdur.

Müşahidə Şurasının üzvləri isə Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankının sədri Elman Rüstəmovdur./Yeniavaz
скачать dle 12.1
Geri qayıt