Bu avtobusdan istifadə edənlərin nəzərinə
Sabahdan Bakıda 160 nömrəli marşrut xətti ("Koroğlu" NMM - Binə qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı Bakı Kart vasitəsilə ödəniləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə OBA marketlərdə Bakı Kart-ın balansının artırılması üçün POS terminallar quraşdırılıb.
