Dərslər başlayanda metroda sıxlıq yaranmaması üçün hansı tədbirlər görüləcək? – RƏSMİ

Sentyabrın 15-dən etibarən Bakıda metro stansiyalarında sərnişin sayının artacağı təqdirdə qatarlar arasındakı interval pandemiya qaydalarına uyğun tənzimlənə bilər.
Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hazırda metropolitendə sıxlıq müşahidə olunmur. Bu həm pandemiya dövründə sərnişin sayında azalma ilə əlaqədardır, həm də mövsümi xarakterlidir.
Lakin digər məsələlərlə əlaqədar metropoliten fəaliyyətini mütləq şəkildə Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, metodiki tövsiyələrə əsasən qurur, müvafiq müzakirələr apararaq fəaliyyətini tənzimləyir. İstənilən halda gücləndirilmiş iş rejimi şəraiti davam etdiriləcək”.
Qurum rəsmisi bildirib ki, sentyabrın ilk ongünlüyündən sərnişin sayında qismən artım gözlənilir: "Metropoliten hazırda bu vəziyyəti diqqət mərkəzində saxlayarır, günlər deyil, hətta günün müxtəlif saatlarında sərnişin sıxlığı və axın istiqmətlərinə xüsusi diqqət yetirir və vəziyyəti təhlil edir”.