Bu yollarda sürət həddi endirildi
Hazırda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Bilgəh yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib.
Bu barədə GunAz.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
