AYI İLƏ CANAVARIN DOSTLUĞU

AYI İLƏ CANAVARIN DOSTLUĞU

Bir meşədə ayı, canavar, tülkü, çaqqal, maral, ceyran,dovşan, kirpi və digər heyvanlar yaşayırdı. Bu meşədə pələng və şir, bəbir yaşamırdı.Onlar daha uzaq meşələrdə yaşayırdılar.Buna görə də meşənin ağası ayı sayılırdı. Ayının ən sevimli dostu Tülkü idi,onun yanına ancaq Tülkü sərbəst gəlib-gedə bilirdi. Səbəbini heyvanlar bilmirdi. Ayı elə bilirdi ki, ona ən sədaqətli heyvan Tülküdür. Buna görə də meşədə Tülkü nə deyirdisə, Ayı ona əməl edirdi.Bir gün Ayı Covid-19 xəstəliyinə tutuldu.Təzyiqi 100/ 170-ə qalxdı,istiliyi 39 dərəcədən düşmədi.Ayı başının arğısından mağarada düz bir həftə üzüquyla yatdı, çölə çıxmadı. Bir həftədən sonra Tülkü gəlib mağarada Ayıya baş çəkdi və gördü ki, Ayı bir dəri qalıb,bir də sümük,son günlərini yaşayır.Elə zənn etdi ki, artıq o, öləcək.Tülkü çox düşünüb qərara gəldi ki,canavarın yanına gəlib ona padşahlıq təklif etsin ki,işləri qaydasında getsin.Canavar Ayının xəstəliyini eşidib bir şaqqa Qoyun əti götürüb Ayının yanına gəldi. Ayı iştahla əti yedi, gözlərinə işıq gəldi.Canavara minnətdarlıq edərək dedi: Canavar,sən əsil kişi xarakterli heyvansan,əgər ayağa qalxsam, daim səninlə dostluq edəcəyəm, hər məsələdə də sənə qulaq asacağam.Bir neçə gündən sonra Ayı koronadan tam sağalıb ayağa qalxdı. Tülkü gördü ki, ayı tam sağalıb, gəlib onun yanına dedi:Ayı qardaş,sənin xəstələndiyini görən kimi özümü kəndə vurdum, güclə bir qoyun ovladım, onu parçalayıb  sənə gətirmək istəyirdim.Yolda Canavarla rastlaşdım, o əlimdə olan ətin hamısını aldı, çoxunu yedi və bir şaqqasını da öz adından gətirib sənə verdi.O bir allah şahiddir ki, qoyunu mən oğurlamışam,Canavar yox. Axmaq  Ayı yenə də Tülkiyə inandı.

Meşədə bir müddət də Ayı gah Canavarla, gah da Tülkü ilə dostluq etdi.Bir gün qonşu meşədən bir Şir bu meşəyə qonaq gəldi.Tülkü bunu eşidən kimi tez Şirin yanına gəlib dedi:Ay Şir qardaş, bu meşənin heyvanları həsrətlə sizin yolunuzu gözləyir.İllərdir ki, sizin həsrətinizlə yaşayırıq və arzulayırıq ki, gəlib bu Ayının və Canavarın meşədə ağalığına son qoyasan.İndi ki, gəlibsən, mən də sənin sadiq əsgərinəm.Yubanmadan Ayı ilə döyüşə gir və bu meşənin də ağası sən ol.Mən də sənə yardımçı olacağam.

Beləcə Şir ilə Tülkü yeni ittifaq qurdular. Şir Ayıya belə bir məktub yazıb Tülküdən göndərdi: Mister Ayı, bu gündən sizin meşənizdə mənim sadiq dostum Tülkü ağalıq edəcək. Xahiş edirəm, hər şeyi ona təhvil verərək Şimala doğru 500 kilometr geri çəkiləsiniz. Əks halda döyüş qaçılmaz olacaq. Korona xəstəliyindən yenicə çıxmış Ayı məktubu oxuyan kimi gözlərinə qaranlıq çökdü, bilmədi nə etsin.Yenə  Canavara pənah apardı. Canavar məsələni bilən kimi bir dəstə qohum əqrabası ilə Ayının yanına gəlib dedi: Biz buraların əbədi sakinləriyik,sizi tək qoymarıq, qorxma! Şirə qarşı müharibəyə başla! Tezliklə döyüş başladı, Ayı və canavar birləşib Şiri gəldiyi yerə qədər qovdular.Tülkü isə gah o tərəfə, gah da bu tərəfə quyruq buladı. Döyüş bitdi və Ayı iclas çağırıb dedi: Bu gündən mənim birinci müavinim Canavardır.Tülkü isə Canavarın əmri ilə fəaliyyət göstərəcək.Əgər kimsə Tülkü ilə dostluq etmək istəsə, Canavardan izn alsın.Beləliklə Meşədə Tülkünün qara günləri başladı.

Gəlin uşaqlarımıza məntiqli nağıllar danışaraq onların zehnini, sağlamlıqlarını inkişaf etdirək. Telefonlarl yetginlik yaşına qədər onların həyatından çıxaraq, UŞAQLARIMIZI QORUYAQ!GunAz.az

Nigar Əliyeva

скачать dle 12.1
Geri qayıt