Testin cavabı gecikir, online növbə problemi bitmir- AÇIQLAMA

Testin cavabı gecikir, online növbə problemi bitmir- AÇIQLAMA

Koronavirusla bağlı test verən vətəndaşın nəticələrindən günlərdir xəbər yoxdur. Xəstə rahat şəkildə çölə çıxır, koronavirusa yoluxubsa, ətrafdakıları da risk altında qoyur. Testin cavabı niyə bu qədər gecikir? Peyvənd növbəsi ilə də bağlı problemlər az deyil. Vətəndaşlar onlayn qeydiyyatdan keçərkən Randevu.its.gov.az portalı şəxsiyyətin FİN kodunu təsdiqləmir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən açıqlamada bildirilib ki, götürülmüş test nəticəsinin çox olması səbəbindən 1-3 gün ərzində gecikmələr müşahidə olunur:

"Laboratoriyalar Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində özəl xidmət şəklində fəaliyyət göstərir. Laboratoriyalara daxil olmuş nəticələr mərhələli şəkildə yoxlanılaraq sistemə işlənilir”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə Randevu.its.gov.az portalında baş verən problemin "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) ilə bağlı olduğunu deyib.

"Randevu.its.gov.az portalında FİN sorğulanması ilə əlaqədar hazırda heç bir problem yoxdur. Vətəndaşlar rahat şəkildə portal vasitəsilə onlayn qeydiyyatdan keçə bilərlər”, - məlumatda qeyd olunub.

скачать dle 12.1
Geri qayıt