Peyvənd olunmayanlar poliklinikaya buraxılmır?
Peyvənd olunmayan vətəndaşlar 13 saylı poliklinikaya buraxılmır.
Bu barədə daxil olan məlumatda qeyd olunub. Bildirilir ki, poliklinikaya bununla bağlı göstəriş verilib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev saytımıza açıqlamasında nazirlik tərəfindən poliklinikalara belə bir göstərişin verilmədiyini bildirib.
