İşğaldan azad olunan ərazilərdə nə qədər mina var?

İşğaldan azad olunan ərazilərdə nə qədər mina var?

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, avqustun 9-dan 14-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 76, tank əleyhinə 5 mina və 194 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

Nəticədə 96 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

скачать dle 12.1
Geri qayıt