ƏƏSMN öz işçilərinin də hüquqlarını tapdalayır

ƏƏSMN öz işçilərinin də hüquqlarını tapdalayır

Haqlı-haqsız əlillərin pensiyalarının dayandırılması, pensiyaların səbəbsiz azaldılması insanların əsəblərini tarıma çəkir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin ləğv olunması elə bir görüntü yaratmışdı ki guya hər şey obyektiv və tez bir zamanda həllini tapır. Lakin haqlı-haqsız əlillərin pensiyalarının dayandırılması, pensiyaların səbəbsiz azaldılması, insanların əsəblərini tarıma çəkir. Bu da azmış kimi vətəndaş məmnunluğu əvəzinə onların şikayətlərinə də cavab verilmir, ya da qanunla imtina olacağı halda 5 günə həll olunacaq məsələ 10 günə belə cavab verilmir.

Nazirliyin özü və yerli orqanları isə həmin məsələlərə 2-3 aya cavab veməyi belə bacarmırlar. Bunun da obyektiv səbəbi odur ki, 20-30 ilin kadrları işdən çıxarılıb, əvəzinə özlərinin pensiya, müavinət nə olduğunu bilməyən qohumlarını işə götürüblər. Bu yeni yaranmış "DOST" xidmətində işləyən işçilərin insanlara necə gəldi, bildi-bilmədi verəcəyi cavablarından aydın görsənir.

Yeni yardılmış Sosial Ödənişlərin Təyinatı Mərkəzi filalında, Xüsusi Şərtlərlə Təyinat İdarəsində səriştəli işçi tapmaq isə müşkül məsələdir ki, sualına cavab alasan. Praktiki təcrübə qazanmış, həyatının 30 ilini bu sistemə fəda etmiş işçilər isə ucdan tutma işdən kənarlaşdırıb. Baxmayaraq ki, Prezidentin dövlət qulluğunun ləğv olunması, əvəzində publik hüquqi şəxsin yaradılması haqqında sərəncamında işçiləri işdən çıxarmamaq tapşırılıb.

Bəli, bu bir həqiqətdir ki, vətəndaşların çoxu adı çəkilən nazirliyin iş prinsipindən razı deyil və ya vətəndaş məmnunluğu yoxdur. Ən üzgün haldan biri də odur ki işdən çıxarılan işçilərin əksəriyyəti 55-60 yaşlarındadır. Onları işdən çıxardıqdan sonra bu yaşda harada iş tapıb ailələrini dolandıracaqları məsələsi də gündəmdədir. Halbuki çıxarılan işçi tək deyil, hər birinin arxasında ən azı 3-4 ailə üzvü var…

Beləliklə adından da göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi insanların sosial müdafiəsini qorumalıdır. Ancaq biz bunun əksini müşahidə edirik. Faktiki olaraq bu nazirlik öz işçilərinin də hüquqlarını tapdalamaqla məşğuldur.

 

BƏXTİYAR

скачать dle 12.1
Geri qayıt