Quru sərhədləri nə vaxt açılacaq?

Quru sərhədlərin açılması məsələsi müzakirə olunmur.
Bunu Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı məsələ müzakirə olunmur: "Hazırda sərhədlərin açılması nəzərdə tutulmur".