Vətəndaşlara MÜRACİƏT EDİLDİ: Əgər hər hansı...

Vətəndaşlara MÜRACİƏT EDİLDİ: Əgər hər hansı...

Küçə və yollarda qarşılaşdığınız hər hansı problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) elektron poçtuna ([email protected]) və yaxud qurunun sosial şəbəkələrdəki hesabları vasitəsi ilə (inbox) müraciət etməyiniz sizdən xahiş olunur.

Bu barədə AAYDA-nın vətəndaşlara müraciətində bildirilir.

"Göndərdiyiniz müraciətə mütləq şəkildə problemi göstərən FOTO və ya VİDEO əlavə edin. Küçə və yollarda rahat gediş-gəlişinizin təmin olunması istiqmətində agentliyimizin çevik və effektiv fəaliyyətinin təmin olunması, problemin qısa müddət ərzində həll olunması üçün Sizin şikayət və təkliflərinizin bilavasitə bizə bildirməyiniz olduqca vacibdir.

Sizin hər-birinizin fikri bizim üçün çox önəmlidir!", - deyə qurum bəyan edib.

скачать dle 12.1
Geri qayıt