MN-dən sərhəddəki silahlı insidentlə bağlı açıqlama

MN-dən sərhəddəki silahlı insidentlə bağlı açıqlama

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Azərbaycanla sərhəddə insident olması barədə açıqlamasına münasibət bildirib.

Müdafiə Nazirliyindən bildirilib ki, şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur:

 

"Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər”.

скачать dle 12.1
Geri qayıt