Həkimlərin NƏZƏRİNƏ- İxtisarlar olacaq?
Bakı, Sumqayıt və Abşeronda yerləşən tibb müəssisələrində həyata keçirilən struktur dəyişiklikləri demək olar, başa çatıb.
Bunu 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov deyib.
Mərkəz direktoru bildirib ki, struktur dəyişikliyinin mövcud iş rejiminə heç bir təsiri yoxdur:
"Bir neçə tibb müəssisəsinin birləşməsi nəticəsində ixtisar olunma faktı yoxdur. Sadəcə müəyyən şöbələr birləşdirilərək optimallaşma prosesi gedir. Bir sözlə, ixtisar yoxdur və gələcəkdə də olmayacaq”.
