Ukraynanın paytaxtı Kiyevdə ilk dəfə olaraq dron ilə səmada 5х10 m ölçüsündə Azərbaycan bayrağı nümayiş olunub.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu təşkilatının sədri Hikmət Cavadov tərəfindən təşkıl olunan, Azərbaycanın Silahlı Qüvvələr Gününə həsr olunan aksiya ilə bağlı videoçarx da hazırlanıb.
Üç gün müddətində davam edən aksiyada Azərbaycan bayrağı 300-500 metr hündürlükdə bütün Kiyevin səmasında dron uçuşu ilə nümayiş olunub.
Qeyd edək ki, 103 yaşını qeyd edən Azərbaycan Silahlı Qüvvələri ötən il Ermənistan ordusunu məhv edərək işğala son qoyub. 44 günlük Vətən Müharibəsində Azərbaycan ordusunun döyüş taktikası, xüsusilə Şuşa əməliyyatı beynəlxalq hərbi institutlar tərəfindən yüksək qiymətləndirilərək hərbi dərsliklərə daxil edilib. Bir sıra dövlətlər öz ordularının hazırlıqlarında Azərbaycan təcrübəsindən tətbiq etməyə başlayıb.
скачать dle 12.1