Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib

Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib
Əsli Kazımova: "Azərbaycan xalqı həmrəy şəkildə necə erməniyə qalib gəldisə, bu gün də vaksinasiya ilə Covid virusuna da qalib gəlməlidir!”
"Unutmamalıyıq ki, peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir”.
Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir: "Bu gün diqqət etmək gərəkir ki, maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Ona görə də, mütləq şəkildə vaksinasiya olunmalıyıq və bunu müsbət hal kimi qiymətləndiməliyik. Belə ki, peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir. Çünki, peyvəndlər  insanları xəstəlikdən qorumaq üçündür". 
 Partiya sədri əlavə edib ki, çox az sayda olsa da vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu gün unutmamaq gərəkdir ki, müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Ona görə də, bu bəladan birlikdə, həmrəy bir şəkildə xilas olmalıyıq. Azərbaycan xalqı həmrəy şəkildə necə erməniyə qalib gəldisə, bu gün də vaksinasiya ilə Covid virusuna da qalib gəlməlidir!
Bilman İSAQскачать dle 12.1
Geri qayıt