Ramiz Mehdiyevin adı hallanan tenderlə bağlı açıqlama
Satınalmalar üzrə tenderlərin keçirilməsinə dair müvafiq prosedura uyğun olaraq bütün təşkilatlar, o cümlədən də AMEA-nın institutları tender müzakirələrini müstəqil keçirir.
Bu haqda məlumatı AMEA-nın mətbuat xidməti yayıb.
Məlumatda bildirilir ki, Ədəbiyyat İnstitutunun təsərrüfat malları və dəftərxana ləvazimatları ilə əlaqədar keçirilmiş tenderin AMEA-nın rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur.
Qeyd edilib ki, sosial şəbəkələrdə həmin prosedurun Akademiyanın rəhbərliyi ilə əlaqələndirilməsi həqiqəti əks etdirmir və məqsədli xarakter daşıyır.
