İşıq sayğacları artıq belə oxunacaq
Azərişıq" ASC sayğaclarının "optik göz"lə oxunub, verilənlər bazasına inteqrasiyası üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
GunAz.az "report"a istinadən xəbər verir ki, tenderin qalibi "Smart-Elektroniks” MMC-dir.
Qalib şirkətə 233,6 min manat ödəniləcək.
