Ramiz Əzizbəyli reanimasiyaya yerləşdirildi
Xalq artisti Ramiz Əzizbəylinin səhhəti pisləşib.
GunAz.az xəbər verir ki, bu barədə xalq artistinin qızı Cəlalə Əzizbəyli Teleqraf.com-a açıqlamasında deyib:
"Atam üç gündür ki, reanimasiyaya yerləşdirilib. Səhhəti ağırdır".
Qeyd edək ki, Ramiz Əzizbəyli Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.
