“Komissar Nazim”ə 11 il həbs cəzası verildi - MƏHKƏMƏ

“Komissar Nazim”ə 11 il həbs cəzası verildi - MƏHKƏMƏ

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına görə həbs edilən şəxslər hakim qarşısına çıxarılıb.

GunAz.az xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində Nazim Qurbanov və Mirşahin Həsənovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Nazim Qurbanov 11 il, Mirşahin Həsənov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş "Komissar Nazim” adı ilə tanınan narkotacir Nazim Qurbanov və Mirşahin Həsənov birlikdə saxlanılıb.

M.Həsənovun idarə etdiyi "Lada Priora” markalı avtomobildə Nazim Qurbanovun əlindəki bağlamaya baxış zamanı külli miqdarda narkotik vasitələr – 7 kiloqram 50 qram tiryək, 1 kiloqram 5 qram heroin və 239,775 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Qeyd edək ki, avtomobili idarə edən Mirşahin Həsənov əldə etdikləri psixotrop maddələrdən 10,245 qram metamfetamini Nazim Qurbanovdan gizli onun bağlamasından oğurlayaraq sonradan satmaq məqsədi ilə özündə saxlayıb. Polislər tərəfindən avtomobilə baxış zamanı Mirşahin Həsənovun oğurladığı metamfetamin də aşkar olunaraq götürülüb./musavat.com/

скачать dle 12.1
Geri qayıt