Ermənistan ordusunun əsgəri hərbi hissəni özbaşına tərk edib

Ermənistan ordusunun əsgəri hərbi hissəni özbaşına tərk edib

Ermənistan Silahlı Qüvvələrinin sıravi əsgəri N.Mkrtçyan Vardenis (Basarkeçər) rayonunda yerləşən N saylı hərbi hissəni özbaşına tərk edib.

GünAz.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

 

Bildirilib ki, N.Mkrtçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib.

18 yaşlı əsgər üç aydır ki, hərbi xidmətdə idi.

Ermənistanın Hərbi Polisinin Basarkeçər rayon idarəsi fakt üzrə materiallar toplayır.

скачать dle 12.1
Geri qayıt