ABŞ və Azərbyacan arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın "Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru və digər üzvləri ilə görüşüb.
GünAz.az xəbər verir ki, bunu Rəşad Nəbiyev Tvitter hesabında yazıb.
"ABŞ-ın "Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru və digər üzvləri ilə görüşdük. Ölkəmizdə nəqliyyat sahəsində görülmüş işlər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr və ABŞ şirkətləri ilə əməkdaşlıq barədə danışdıq”, – o, qeyd edib.