"Restoranlarda insanlar toplaşa bilirsə..." - Deputatdan TƏKLİF

Deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında iyunun 1-dən etibarən açıq havada maskalardan istifadənin ləğv edilməsini təklif edib.
GünAz.az xəbər verir ki, millət vəkili çıxışında həmçinin, 1 ildən çoxdur qadağan edilən toyların keçirilməsinə icazə verilməsini təklif edib:
"Əgər restoranlarda insanlar toplaşa bilirsə, hesab edirəm ki, toylara da icazə vermək olar”.