“Lotu Quli” və “Rövşən Lənkəranski”nin tərəfdarları arasında ATIŞMA

“Lotu Quli” və “Rövşən Lənkəranski”nin tərəfdarları arasında ATIŞMA

Rusiyanın Tümen şəhərində iki silahlı qrup arasında atışma olub, bir nəfər ağır yaralanıb.

GünAz.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, atışan tərəflərin hər ikisi azərbaycanlılardır. Onların "Lotu Quli” və "Rövşən Lənkəranski”nin (hazırda heç biri sağ deyil,-red.) tərəfdarları olduqları bildirilir.Şəhərin "Dom oborona” rayonunda mayın 13-də gecə baş vermiş atışma yaxınlıqdakı videoüşahidə kameraları tərəfindən qeydə alınıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, silahlılar Tümenə Noyabrks şəhərindən gəliblər. Onların arasındakı münaqişə Tümen bazarlarına nəzarət uğrunda başlayıb.

 
скачать dle 12.1
Geri qayıt