TƏBİB-dən Oqtay Gülalıyevin oğlunun şikayətinə CAVAB

GünAz.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qurumdan O. Gülalıyevin oğlu Təbrizin iddiasına cavab olaraq Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nizami Nəbiyev bildirib ki, tibb bacılarına dövlət tərəfindən tənzimlənmiş əməkhaqları hər ay ödənilir:
"Oktay Gülalıyevin normal həyata geri dönə bilməsi və ayağa qalxması üçün həkimlərimiz əlindən gələni edir”.
Xatırladaq ki, T. Gülalıyev dərmanların alınması ilə də bağlı 5 aydır ki, narahatlıq keçirdiklərini bildirmişdi. Onun sözlərinə görə, aylardır xəstəyə qulluq üçün ayrılan tibb bacılarına maaş verilmədiyindən onlar müalicəni dayandırmaq məcburiyyətindədirlər.