Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının onuncu gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının onuncu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 23-də imsak vaxtı saat 04:14-də, iftar vaxtı isə 19:42-dədir. 

Aprelin 23-ü üçün namaz vaxtları

 

Sübh azanı 04:24
Zöhr azanı 12:39
Əsr azanı 17:28
Məğrib azanı 19:42
İşa azanı 20:49

Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Tərcüməsi: "İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

İftar duası:

"Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: "İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!

скачать dle 12.1
Geri qayıt