Bu gün MSK üzvlüyünə namizədlər MÜƏYYƏNLƏŞƏCƏK

Bu gün MSK üzvlüyünə namizədlər MÜƏYYƏNLƏŞƏCƏK

Bu gün Milli Məclisin bitərəf deputatlarının iclası keçiriləcək.

GunAz.az-ın əldə etdiyi məlumata görə, iclasda üzvü heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil olunacaq 6 namizədini müəyyənləşdirəcək.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

 

скачать dle 12.1
Geri qayıt