İstirahət günləri ictimai nəqliyyat və metro buna görə fəaliyyət göstərmir – İLGİNC SƏBƏBLƏR

İstirahət günləri ictimai nəqliyyat və metro buna görə fəaliyyət göstərmir – İLGİNC SƏBƏBLƏR

Görəsən hansı məntiqlə pandemiya başlayandan istirahət və bayram günləri ictimai nəqliyyatın hərəkətini, uzun müddətdir metronun fəaliyyətini dayandırırlar. Ümumi qənaətim belədir ki, ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının pandemiya ilə birbaşa əlaqəsi yoxdur və bu iqtisadi maraqlara xidmət edir”.

GünAz.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. İqtisadçı bildirib ki, hazırda pandemiyaya görə, işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandlr: "Odur ki, taksi xidməti Azərbaycanda yeganə rəqabətli bazardır, və orada monopoliya yaratmağa tələsmirlər. Çünki iş axtarmaqdan yorulan hər kəs həyatda qalmağın yeganə yolunu maşın alıb və ya icarəyə götürüb, taksi xidməti göstərməkdə görür. Nəticədə nələr baş verir: Ölkəyə avtomobil idxalı artır. Gömrük rüsumlarından, aksiz və əlavə dəyər vergisindən büdcəyə daxil olmalar çoxalır. Hər gün müştəri axtarmaq adı ilə dayanmadan hərəkət edən sürücülər qazandıqlarının 90 faizini benzinə xərcləyir. SOCAR da təklif verir ki, benzinin qiyməti bahalaşdırmaq lazımdır, çünki tələbat ildən-ilə artır. Taksi sürücüləri minik avtomobilləri ilə sərnişin daşımaq məqsədi ilə xüsusi razılıq (lisenziya), "fərqlənmə nişanı” alırlar. Bunun üçün "ASAN xidmət” mərkəzlərinə gedir, xidmət haqqı və rüsum ödəyirlər.Taksi sürücüləri Yol Polislərinə cərimə ödəyib, onların planı doldurmasına töhfə verirlər”.

 

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Nazirlər Kabinetinin hesabatına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır … in 2021

Qubad İbadoğlu əlavə edib ki, 2021-ci ildə "Bakı Metropoliteni” QSC üçün dövlət büdcəsindən ayrılacaq 39,2 milyon manat vəsait xərclənməmiş qalır: "Sürücülər gündə 10-12 saat taksi xidməti göstərib, idarəetdiyi maşının amortizasiya xərclərini nəzərə almadan qazandığı vəsaitlə birtəhər dolanırlar. Beləliklə də taksi xidmətinin fəaliyyətinin pandemiya dövründə stimullaşdıırlması yalnız qazanc deyil, həm də siyasi məsələsidir. Taksi xidməti artıq sosial sabitləşdirici funksiyaya çevrilib”.

скачать dle 12.1
Geri qayıt