Azərbaycan Prezidenti döyüş meydanında ədaləti bərpa etməkdə qərarlıdır

Azərbaycan Prezidenti döyüş meydanında ədaləti bərpa etməkdə qərarlıdır

Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin ləyaqət rəmzidir və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi ordu quruculuğu prosesi ona gətirib çıxardı ki, Prezident-Ordu-Xalq birliyi qalib gəldi.

44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanda dünya standartlarına uyğun ordu yaradıldı və bu ordu döyüş meydanında nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Azərbaycan ordusunun döyüş təcrübəsi indi bir çox ölkələrdə nümunə kimi öyrənilir.

Prezident İlham Əliyev müharibənin gedişində dəfələrlə bəyan etdi ki,dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir də bilməz. Çünki biz haqq yolundayıq. Bu əminlik 44 günlük müharibədən Azərbaycanın qalib ayrılmasının səbəblərindən biri oldu. Ermənistan bütün hərbi resurslsrını itirdi. Döyüşdə uduzduqlarını görən düşmən dinc əhalini atəşə tutdu,gecə vaxtı yatan insanların başına bombalar yağdırdı. Azərbaycan ordusu onların cavabını döyüş meydanında verdi. Heç vaxt mülki əhaliyə qarşı silah işlətmədi.

Bu qələbə bir xalq kimi bizim gücümüzü göstərdi.Bunu düşmən də,onun havadarları da gördü. Gördülər ki, Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında ədaləti bərpa etməkdə qərarlıdır. Bu,işğalçını sülhə məcbur etmək,düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm–qalım mübarizəsi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev tez-tez işğaldan azad olunmuş bolgələrdə olur, Böyük Qayıdış proqramının həyata keçirilməsi ilə yaxından tanış olur, dağıdılmış kədlərin, şəhərlərin bərpası üçün tapşırıqlar verir. Eyni zamanda mətbuata verdiyi açıqlamalarda böyük nikbinliklə bildirir ki, bu yerlər tezliklə yenidən qurulacaq ,məcburi köçkünlər doğma yerlərinə qayıdacaqlar.

Bununla bərabər Ordumuzun qüdrətinin gücləndiriləcəyi ilə bağlı düşmən tərəfə, eləcə də bütün dünyaya mesajlar verdi. Ali Baş Komandan bəyan etdi ki,bizim güclü ordumuz istənilən cəhdlərin qarşısını almağa qadirdir.

Ali Baş Komandana qüdrətli ordumuza güvənən xalqımız tezliklə doğma yerlərə qayıdacaq, 30 il həsrətində olduqları arzulara qovuşacaqlar.

 

 Ağazadə Əzizov

Sabunçu qəsbəsi, 155 nömrəli məktəbin müəllimi 


скачать dle 12.1
Geri qayıt