Operativ Qərargahın brifinqində qərarları bu şəxslər açıqlayacaq - ADLAR
Bu gün saat 16:00-da Operativ Qərargahın brifinqi olacaq. İndi hər kəsin diqqəti bu brifinqə və orada veriləcək qərarlara yönəlib. Digər tərəfdən brifinqdə Qərargah üzvlərindən kimlərin iştirak edəcəyi də maraq doğurur.

GünAz.az-ın əldə etdiyi məlumata görə brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, yayılan qeyri-rəsmi məlumatlara görə, ölkədə bayram günləri yenə qapanmalar olacaq.
