Qarabağda daha bir erməninin meyiti tapıldı
Ağdərə yaxınlığında aparılan axtarışlar nəticəsində daha bir erməni hərbçisinin qalıqları aşkarlanıb.
GunAz.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
"Meyitin şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşəcək”, – məlumatda qeyd olunub.
Bununla da axtarışlar nəticəsində tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1486 nəfərə çatıb.
Qeyd edək ki, Qarabağda axtarış işlərinin aparılması fevralın 15-dən dayandırılmışdı. Martın 2-dən isə bərpa olunub.