Koronaya yoluxanlar peyvənd olunacaq? - Açıqlama

TƏBİB koronavirusa yoluxmuş şəxslərin peyvənd olunmasının nəzərdə tutulub-tutulmayacağına aydınlıq gətirib.
TƏBİB-dən bildirilib ki, koronavirusa yoluxan şəxslər ilkin mərhələdə risk qrupu hesab edilmir.
"6 aydan sonra tibbi cəhətdən qandakı anticisimlərin zəiflədiyi nəzərə alınaraq, vətəndaş vaksinasiya strategiyasında nəzərdə tutulan risk qrupuna aiddirsə, peyvənd oluna bilər", - açıqlamada vurğulanıb.