"Qarşıda bizi qaz-işıq qiymətlərinin, nəqliyyat tariflərinin artması gözləyir"

"Qarşıda bizi qaz-işıq qiymətlərinin, nəqliyyat tariflərinin artması gözləyir"

Prezidentin fərmanına görə ölkə üzrə təqaüdçülərin 93%-nin – 1 milyon 143 min nəfərin pensiyası 11,4% artırılır (yerdə qalanlar xüsusi təqaüd alanlardır). Artım yanvarın 1-dən hesablanır, fevralda təqaüdü alarkən yanvar ayının artım məbləğı də hesablanacaq.

Təqaüdün yığım hissəsi isə (DSMF-də yığılan) 2,8% inteksləşəcək, artırılacaq. Bu artımlar üçün əlavə 441 mln. manat, ümumilikdə isə 2021-ci ildə təqaüd və müavinatlərə 5 milyard 743 milyon manat xərclənəcək.

Ayın əvvəlində dizelin qiymətinin 34%-ə yaxın artması bütün ərzaq məhsullarının ortalama 10% civarında (bəzi məhsullarda 20-30% olub) bahalaşmasına səbəb olub. Bu hələ son deyil: Yazdan başlayaraq yerli aqrar məhsullar artıq yeni, 2020-ci ilin yaz-yayına nisbətən daha baha qiymətə bazara çıxarılacaq – çünki, aqrar sektorda maya dəyərinin 30-40% arasını məhz dizel yanacağı təşkil edir.

Suyun qiymətinin 100%, ərzağın isə 10-15% artması təqaüd artımını bəri başdan "yeyir”. Qarşıda isə bizi qaz-işıq qiymətlərinin, nəqliyyat tariflərinin artması gözləyir.


скачать dle 12.1
Geri qayıt