Hərbçilərimiz Ermənistanla sərhəddə atış etdi - Video

Türkiyənin Qars şəhərində keçirilən Qış təlimi-2021 davam edir.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Türkiyə hərbçiləri təlimlər çərçivəsində minaatanlar vasitəsilə atış icra ediblər”, - məlumatda bildirilib.
Qeyd edək ki, bu gün başlayan və 12 fevrala qədər davam edəcək Qış təlimi-2021-də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edir.
Azərbaycan Müdafiə Nazirliyi Qars şəhərində keçirilən "Qış təlimi-2021” birgə təlimləri ilə bağlı görüntülər paylaşıb.
Təlimin senarisinə uyğun olaraq minaatan bölmələri aşkar olunan müxtəlif hədəfləri məhv ediblər.