Xankəndinin şimal ətrafı minalardan təmizləndi

Rusiyanın sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənməsini başa çatdırır.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
"Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq mina əleyhinə mərkəzinin mütəxəssisləri tərəfindən Qarabağ ərazisinin minalardan təmizlənilməsi üzrə iş davam edir. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənilməsini başa çatdırır", - məlumatda deyilir.
Əməliyyatlar ərzində sülhməramlılar ümumilikdə 280 hektardan çox yeri, təxminən 107 kilometr yolu, 452 tikintini minalardan təmizləyiblər və 9 mindən çox partlayış təhlükəsi olan predmeti aşkar edərək zərərsizləşdiriblər.